Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 08:39
Limon duz ilə qarşılıqlı təsirə girir, mühitə super bir gümrahlıq, təravət verir.
Sonxeber.net saqlamheyat.az-a istinadən xəbər verir ki, limon əhval-ruhiyyənizi yüksəldir, depressiya və qorxu hissinin müalicəsində çox effektlidir.
Otağa qoyulan limonun faydaları
Limonun ətri zehnə hədsiz dərəcədə müsbət təsir edir. O, nəinki müsbət təsir göstərir, həm də gərginlik və depressiya ilə mübarizə aparmağa kömək edir. Limon ağaclarını elit restoranların yanında ona görə əkirlər ki, bu bitki müştəriyə özünü daha komfortlu və təhlükəsizlik hiss etməyə kömək edir! Limon ətri hər evə sakitlik gətirir!
Ekspertlər deyirlər ki, limon başın dərisini təmizləmək üçün də ideal vasitədir.
Limonu yarı bölün limon və dərinin problemli hissələrini onunla təmizləyin. Limon qaralmış diz və dirsəkləri ağardır.
Bu məhsul dırnaqları ağartmaq üçün də istifadə edilə bilər.
Limon asanlıqla bir çox xəstəlikləri sağalda bilər - mədə pozğunluğu və revmatizm, artrit kimi. Odur ki, hər gün limon suyu için!
Limon orqanizmi vəba və malyariya kimi xəstəliklərdən də qoruyur. Bunun izahı isə sadədir. Limon təbii qan təmizləyicidir.
Gündəlik limon istifadəsi qocalma əlamətlərini də aradan qaldırır. Bu məhsul A, E, dəmir, kaliun, maqneziumla zəngindir.
Limonu təbii hava təmizləyici kimi də istifadə edin. Bunun üçün limonu 4 yerə bölüb, arasına duz töküb, yataq otağına qoymaq lazımdır. Limon ətri beyinə siqnallar göndərərək sizi sakitləşdirir, əhval-ruhiyyəni qaldırır və problemlərin öhdəsindən gəlməyə kömək edir.
Əgər sizdə astma, allergiya və ya soyuqdəymə varsa, onda limon qoxulamaqla boğazı və yuxarı tənəffüs yollarını təmizləyə bilərsiniz.