Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Meksikadan Putini həbs etməyi xahiş etdi

Ukrayna Meksikadan Putini həbs etməyi xahiş etdi

Tarix: 8 Avqust 2024 18:54

Ukraynanın Meksikadakı səfirliyi ölkə hakimiyyətindən Rusiya lideri Vladimir Putinin oktyabrın 1-də Klaudiya Şeynbaumun andiçmə mərasiminə gələcəyi təqdirdə onu həbs etməyi xahiş edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində bildirilib.

Qeyd edək ki, Meksikada yenidən prezident seçilən Şeynbaum Rusiya Prezidenti Putini inauqurasiya mərasiminə dəvət edib. Meksika 2023-cü ildə Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır.


Etiketlər:  Ukrayna Meksikadan Putini həbs etməyi xahiş etdi


RƏYLƏR