Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

David de Xea, nəhayət ki, özünə komanda tapıb

David de Xea, nəhayət ki, özünə komanda tapıb

Tarix: 8 Avqust 2024 20:20

İngiltərənin "Mançester Yunayted" klubunun və İspaniya yığmasının keçmiş qapıçısı David de Xea İtaliya təmsilçisi "Fiorentina"ya keçəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra komandasız qalan qolkiper yaxın günlərdə Florensiya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Həmçinin sözləşməyə "1+1" şərti də daxil ediləcək.

Qeyd edək ki, de Xea "Mançester Yunayted"lə yanaşı, "Atletiko Madrid"in da formasını geyinib.

Milli.Az


Etiketlər:  David nəhayət özünə komanda tapıb


RƏYLƏR