Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 07:14
2023/24 mövsümünün sonunda Rusiya Premyer Liqasının ən yaxşı futbolçusu, paytaxtın "Dinamo"sunun və Rusiya millisinin hücumçusu Konstantin Tyukavin ata olub.
Sonxeber.net xəbər verir ki, bu barədə "Dinamo"nun mətbuat xidməti məlumat yayıb.
İdmançının həyat yoldaşı Alena bu gün səhər saat 7:19-da Teona adlı qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 3200 q, boyu 50 sm-dir.
Qeyd edək ki, 22 yaşlı Tyukavin "Dinamo" Akademiyasının məzunudur. "Mavi-ağlar"ın tərkibində Konstantin bütün turnirlərdə 133 oyunda iştirak edib, 41 qol vurub və 27 məhsuldar ötürmə verib. Onun Rusiya millisində də 5 oyunu və bir qolu var.