Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 16:26
ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki reytinqi yeddi "yelləncək"ştatından beşində keçmiş prezident Donald Trampı bir qədər qabaqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu nəticə "Cook Political Report"un sorğusunda qeyd olunub.
Məlumata görə, araşdırma iyulun 26-dan avqustun 2-dək 2867 potensial seçici arasında aparılıb.
Sorğunun nəticələrinə əsasən, bu ştatların sakinlərinin 48%-i Harrisə, 47%-i isə Trampa dəstək verir.
Qeyd edək ki, ABŞ-də ənənəvi olaraq hər hansı partiyanı mütəmadi olaraq dəstəkləməyən və seçkilərdə həlledici əhəmiyyətə malik ştatlar "yelləncək" adlanır.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi 2024-cü il noyabrın 5-də keçiriləcək.