Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigarın qızı Londonda universitetə girdi - FOTOlar

Nigarın qızı Londonda universitetə girdi - FOTOlar

Tarix: 15 Avqust 2024 17:25

Müğənni Nigar Camalın qızı Jasmin onu naliyyəti ilə sevindirib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçinin övladı dünyanın ən prestijli universitetlərindən biri olan "City University of London"a qəbul olunub.

Bu haqda N.Camal sosial şəbəkə hesabında paylaşım edib. 

Nigar sevinc hisslərini bu sözlərlə ifadə edib:

"Bu gün çox sevincliyəm. Çünki mənim böyük qızım Jasmin İngiltərənin ən nüfuzlu universitetlərindən biri olan "City University of London"a qəbul olub. O, İqtisadiyyat fakültəsində təhsil alacaq. Çox şadam ki, qızım ümidlərimi doğrultdu. Buranın məzunları arasında çox məşhur biznesmenlər, akademiklər var. İnşallah sən də onlardan biri olarsan! Səninlə fəxr edirəm, mamanın balası! Arzum səni həmişə xoşbəxt və çox gözəl yerlərdə görməkdir!"

Qeyd edək ki, Nigar Camalın Jasmindən başqa Saida adlı daha bir qızı var. 

Milli.Az


Etiketlər:  Nigarın qızı Londonda universitetə girdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ