Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenko qırmızı xətti göstərdi: Keçilsə, nüvə silahı ilə vurulacaq

Lukaşenko qırmızı xətti göstərdi: Keçilsə, nüvə silahı ilə vurulacaq

Tarix: 15 Avqust 2024 18:46

Belarus Prezidenti Aleksandr Lukaşenko nüvə silahından istifadənin mümkünlüyündən danışıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, o, bununla bağlı Qərb ölkələrinə qırmızı xətti göstərib.

Belarus liderinin sözlərinə görə, bu, yalnız ən ekstremal halda mümkündür. Məsələn, Birlik Dövlətinin (Rusiya-Belarus) sərhədləri keçilərsə.

"Burada taktiki nüvə silahları meydana çıxanda mən onlara (Qərb ölkələri - red.) birbaşa söylədim ki, siz bizim dövlət sərhədimizə ayaq basmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Bu, həm də bizim Birlik Dövlətimizin sərhədinə aiddir", - Lukaşenko vurğulayıb.

Prezident əlavə edib ki, Qərbdə onu "pis" adlandırırlar və nədənsə onun Rusiyanın Belarus ərazisində yerləşdirdiyi taktiki nüvə silahlarından "mütləq" istifadə edəcəyinə əmindirlər.


Etiketlər:  Lukaşenko qırmızı xətti göstərdi Keçilsə nüvə silahı ilə vurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ