Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamdan sonra dost və qohumların 80 faizindən qopdum''

''Atamdan sonra dost və qohumların 80 faizindən qopdum''

Tarix: 16 Avqust 2024 21:50

"Atamın vəfatından sonra demək olar ki, dost və qohumların 80 faizindən qopdum. İnsan valideyn itirəndə 20 yaş böyüyür. Ataya bağlı olanda isə daha dəhşətli bir şey idi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz "Nigar xanım" verilişində deyib. O, ağır günündə yolunu gözlədiyi şəxslərdən danışıb:

"O dönəmdə gözümün ucu qapıda qalmışdı. Dedim ki, indi gələr. Cəmi 2-3 nəfər adam var idi ki, onları gözlədim. Onların yerinə mən olsaydım, ilk gələnlərdən biri mən olardım. O qədər yaxın dost dediyim insanlardan söhbət gedir. Amma gəlmədilər. Belə bəhanələr var ki, Bakıda və ya Azərbaycanda deyildim. Təxmini bilirdim ki, ölkədədir, amma dərinliyinə getmədim. Ona görə də artıq ürəyimə də salmıram, insanları olduğu kimi qəbul edirəm. İndi məni görəndə gözlərini qaçırırlar. Ona görə də dostluğun çox dərinliyinə getmək lazım deyil".

Qeyd edək ki, R.Novruz ötən ilin fevralında uzun sürən xərçəng xəstəliyindən vəfat edib.


Etiketlər:  Atamdan sonra dost qohumların faizindən qopdum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ