Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2024 22:38
İsrail və HƏMAS Qəzzada atəşkəs, eləcə də Fələstin hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı saziş bağlamağa yaxındır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz buna üç gün əvvəlkindən çox, çox yaxınıq. Mən gözə gətirmək istəmirəm, hələ ora çatmamışıq, amma yaxınıq", - o bildirib.
Qeyd edək ki, 15-16 avqustda Dohada Misir, Qətər, ABŞ və İsrail Qəzzada atəşkəslə bağlı danışıqlar aparıblar. HƏMAS rəhbərliyi konkret atəşkəs şərtlərinin olmaması səbəbindən danışıqlarda iştirakdan imtina edib.