Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 17:06
ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, diplomata ABŞ-dən olan jurnalistlərin Rusiya tərəfini məlumatlandırmadan Kursk vilayətinin ərazisinə qanunsuz daxil olması və oradakı fəaliyyəti ilə bağlı etiraz bildirilib.
Səfirin diqqətinə Rusiya sərhədini qanunsuz keçən əcnəbi muzdluların bu ölkənin hərbçiləri üçün aşkar hədəf olduğu da çatdırılıb.