Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya cənubda niyə təzyiqi azaldıb?

Rusiya cənubda niyə təzyiqi azaldıb?

Tarix: 20 Avqust 2024 23:40

Ukrayna bölmələri müdafiə əməliyyatını davam etdirir və Ukraynanın cənubunda taktiki vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər görür.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu "Tavriya" qoşunlarının əməliyyat-strateji qrupunun spikeri Dmitri Lixovi deyib.

O bildirib ki, son üç gündə Zaporojye vilayətində düşmənin bir dənə də olsun hücumu qeydə alınmayıb:

"Ruslar Novodanilovka istiqamətində irəliləməyə çalışsalar da, buna nail ola bilməyiblər. Dnepr istiqaməti indi hərbi toqquşmaların sayına görə nisbətən ən böyüyüdür. Ruslar Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Dnepr çayının sol sahilindəki yerlərdən çıxarmağa cəhd etməkdə davam edir. Ancaq dünən orada uğursuz bir hücum oldu və bu gün də Rusiyanın iki hücumu artıq dəf edilib".

O, Rusiya Federasiyasının indi Ukraynanın cənubunda niyə təzyiqləri azaltdığını da açıqlayıb:

"Rusların eyni vaxtda bir neçə istiqamətdə kütləvi hücum effekti həyata keçirməyə imkan verəcək resursu yoxdur. Ona görə də onlar indi bütün güclərini hər gün onlarla hücumun baş verdiyi Pokrovsk istiqamətində cəmləşdirirlər".


Etiketlər:  Rusiya cənubda niyə təzyiqi azaldıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ