Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 12:15
Aparıcı Vüsalə Əlizadə izləyicilərinin yenidən ana olmaq istəyib-istəməmsi haqda suallarını cavablandırıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, qızı Diləkdən başqa övlad istəmədiyini deyib.
"Biz-bizə bəsik. Bundan sonra gecdir. Allah hamının balasını qorusun. Mənim də bircədənəmi" deyə, Vüsalə paylaşımında yazıb.
Aparıcı daha sonra qızı ilə bağlı xatirəsini bölüşərək "Bir dəftər tutmuşdum. Ailə, dost, tanış, rəfiqələrim hamı ora ad yazırdı. Bakı, Türkiyə, İran, Rusiya harada təzə ad varsa, tapıb deyirdilər. Amma öz ürəyimdə Dilək var idi. Çünki arzum, diləyim gerçək olmuşdu" sözlərini əlavə edib.