Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 19:48
Siz ilk növbədə öz ərazi bütövlüyünüzə və məqsədinizə köklənməlisiniz. Bu, böyük bir mübarizədir. Ölkələrin öz azadlıqları uğrunda mübarizəyə ehtiyacı var. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə böyük işlər görür. Biz Belizdə işçilərin hüquqlarının müdafiəsi uğrunda mübarizə aparırıq. BMT kolonializmlə mübarizə aparır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Belizin BMT-dəki səfiri Karlos Fuller Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində jurnalistlərə açıqlamasında deyib.
"Biz 1981-ci ildə müstəqilliyə nail olmuşuq. Müstəqillik qazanmağa çalışmaq çox uzun, əzmkarlıq və əsas prinsiplərinizin nə olduğunu göstərməli olduğunuz bir mübarizədir. Belində həmişə xalqın öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyünü bərpa etməsi əsas məqsəd olub. Ancaq bu olduqca çətin proses idi. Çünki siz insanları mübarizənizə qoşulmağa məcbur etməlisiniz. Sonra siz beynəlxalq ictimaiyyətin tam dəstəyini almaq üçün bütün dünyaya səsinizi çatdırmalısınız", - o bildirib.
Səfir söyləyib ki, bu, bir növ marafondur və müstəqillik istəyən ölkələr bunu nəzərə almalıdır: "Boneyre xalqının öz müqəddəratını təyin etmək hüququ uğrunda apardıqları mübarizəni dünyaya çatdırmaq lazımdır. Müstəqilliyə nail olmaq üçün bizə 1981-ci ilə qədər vaxt lazım idi. Biz şimaldakı qonşularımızı razı salmalı olduq. Panama, Karib ölkələri də bizə qoşuldu və biz daha geniş ictimaiyyətə mesajı çatdırdıq, Avropanı, Afrikanı, Şərqi Asiya ölkələrini cəlb etdik. Dünyanın bütün bu ölkələri bizim müstəqillik uğrunda mübarizəmizi dəstəkləyir. Beləliklə, bu, bizə Birləşmiş Millətlər Təşkilatına yaxınlaşmağa və Birləşmiş Millətlər Təşkilatına üzv ola bilməyə imkan verdi".