Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd evlərinin turistlər üçün istifadə imkanları müzakirə olunur

Kənd evlərinin turistlər üçün istifadə imkanları müzakirə olunur

Tarix: 29 Noyabr 2019 15:00

Bakı. İlhamə İsabalayeva -Trend:

Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının şəbəkəyə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, kənd turizminin inkişafı üçün kənd evlərinin imkanlarının artırılması nəzərdə tutulur: "Kənd turizminin inkişafı üçün bir necə istiqamət nəzərdə tutulur. Bunlar münasib kənd evlərinin siyahıya alınması, eyni zamanda onların icma şəklində formalaşdırılmasıdır. Daha sonra əsas istiqamətlərdən biri müəyyən islahatlar tətbiq edilməklə kənd evlərinin sahiblərini fəaliyyətə cəlb etməkdir".

F.Zenqstşmit əlavə edib ki, əsas məqsədlərdən biri daha münasib olan büdcə hotellərinin ölkə vətəndaşlarına əlçatanlığını təmin etməkdir.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, ölkəyə gələn turistlər 4 və 5 ulduzlu hotellərdə qalırlar: "Amma Dövlət Turizm Agentliyinin aşağı büdcəli hotellərdə qalmaq istəyən turistlər üçün də müəyyənləşdirilmiş xüsusi dəstək çərçivəsində məhz belə münasib hotellərin tikilməsi ilə bağlı da təklifləri var. Kənd yerlərində yaşayanlar öz evlərini bu şəbəkəyə əlavə etməklə və münasib təlim keçməklə belə bir platforma yarada bilərlər. Amma təəssüflər olsun ki, onların nə belə bir şəbəkəyə qoşulma imkanları mövcuddur, nə də belə platformalar əlverişli şəkildə yerli və xarici turistlərə təqdim edilir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kənd evlərinin turistlər üçün istifadə imkanları müzakirə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ