Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2024 17:01
Türkiyədə Tekirdağ Süleymanpaşa İlçe Bələdiyyəsinin CHP-li üzvü Mustafa Can Ekiciler silahlı hücuma məruz qalıb və üzündən ağır yaralanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 20-də baş verib.
31 yaşlı siyasətçi hücumdan sonra xəstəxanaya yerləşdirilsə də, o bu gün müalicə aldığı klinikada vəfat edib.
Məlumat üçün qeyd edək ki, Ekiciler, Süleymanpaşa vilayətinin Qaziköy rayonundakı yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq almaq üçün dayanarkən, 3 nəfər taksi ilə gəlib. Onlar arasında naməlum səbəbdən mübahisə yaranıb.
Bu vaxt şübhəlilərdən biri silahını çıxararaq Mustafa Can Ekicilərə atəş açıb.
Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı gənc oğlan saxlanılıb.