Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2024 19:22
Litva sentyabrın əvvəlinə qədər Ukraynaya çatmalı olan yeni hərbi yardım paketini elan edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri İnqrida Simonyte Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.
"Litvanın mövqeyi sadə olduğu qədər də aydındır: Ukrayna qalib gəlməli, Rusiya uduzmalıdır", - Simonyte vurğulayıb.
Baş nazir əmin edib ki, Litva bu qələbə naminə Ukraynanı dəstəkləməyə davam edəcək:
"Bugünkü görüşümüzdə mən Prezident Zelenskiyə məlumat verdim ki, Litvadan ən yeni hərbi dəstək paketi sentyabrın əvvəlində Ukraynaya gələcək".
Onun sözlərinə görə, hərbi yardıma yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, raketlər, pilotsuz uçuş aparatları ilə döyüş texnikası və digər növ texnika, silah və sursatlar daxil olacaq.