Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb

Azərbaycan zəlzələyə görə Albaniyaya 500 min avro ayırıb

Tarix: 29 Noyabr 2019 16:03

Bakı. Elçin Mehdiyev – Trend:

Cari ilin 26 noyabr tarixində Albaniyada baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 000 (beş yüz min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan zəlzələyə görə Albaniyaya avro ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ