Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

​İnsanlar yaşlandıqca niyə boyları qısalır?

​İnsanlar yaşlandıqca niyə boyları qısalır?

Tarix: 27 Avqust 2024 13:15

İnsanlar yaşlandıqca boyları həmişə bir neçə santimetr qısalır.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, buna səbəb qığırdaqların incəlməsi və əzələlərin boşalmasıdır.

Bildirilib ki, bu proseslərin baş vermə sürəti genlərdən, fiziki vəziyyətdən və həyat boyu fəaliyyət səviyyələrindən asılıdır.

17-94 yaş arası insanlar üzərində aparılan araşdırmada kişilərin orta hesabla 3 sm, qadınların isə 5 sm boyunun qısaldığı məlum olub.

Sümük böyüməsi təxminən 25-30 yaşlarında dayanır. 40-50 yaşlarında insanlar tədricən sümük kütləsini itirməyə başlayır.

Alimlər qeyd ediblər ki, boyun qısalması sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Çoxsaylı tədqiqatlar göstərir ki, boy itkisi ilə tənəffüs problemləri və ürək-damar xəstəliklər meydana gəlir.


Etiketlər:  İnsanlar yaşlandıqca niyə boyları qısalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ