Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kazan aeroportunun fəaliyyəti bərpa edildi - YENİLƏNİB

Kazan aeroportunun fəaliyyəti bərpa edildi - YENİLƏNİB

Tarix: 28 Avqust 2024 15:24

15:23

Rosaviasiya Kazan və Nijnekamsk beynəlxalq hava limanlarında uçuşlara qoyulan qadağanı ləğv edib. 

Bildirilib ki, Kazan istiqamətində uçan 8, Nijnekamska gedən 2 təyyarə isə ehtiyat aerodromlara yönləndirilib.

-----------
10:28



Tatarıstanın paytaxtı Kazanın hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb. 

Bildirilir ki, bu barədə qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib. 

Qeyd olunub ki, bu cür məhdudiyyətlər pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduqda tətbiq edilir. 

"RİA Novosti" isə Kazan istiqamətində uçan təyyarələrin Samarada ehtiyat aerodroma yönləndirildiyini yazıb.

Milli.Az


Etiketlər:  Kazan aeroportunun fəaliyyəti bərpa edildi YENİLƏNİB


RƏYLƏR