Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan çiyələklərində zəhərli maddə aşkarlandı

Ermənistan çiyələklərində zəhərli maddə aşkarlandı

Tarix: 29 Avqust 2024 11:06

Ermənistan çiyələklərinin tərkibində endokrin sistemi məhv edən və Rusiyadan başqa bir çox ölkələrdə qadağan olunmuş təhlükəli pestisid - tebukonazol aşkar edilib. Giləmeyvə Rusiyaya paytaxtda, həmçinin Moskva və Tula vilayətlərində də satılmalı idi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ümumi çəkisi dörd ton olan yükdə pestisidlər aşkar edilib. Nümunədə trifloksistrobin və tebukonazol pestisidlərinin miqdarı yoxlanılıb. Birincisi, bəzi tədqiqatlara görə, reproduksiyaya və ya məhsuldarlığa təsir göstərir. İkincisinə əsaslanan dərmanlar insanlar üçün ikinci təhlükə sinfinə aiddir. Bundan əlavə, insanın endokrin sistemini məhv edir.

Bundan əlavə, Ermənistandan gətirilən daha bir çiyələk partiyası yoxlanılıb. Orada da pestisid bupirimatının miqdarı yüksək (0,690 mq/kq) olub.

Daha əvvəl "Rosselxoznadzor" Ermənistandan gələn meyvə və tərəvəzlərdə pestisidlərin beş dəfə artıq olduğunu aşkar edib. Bəzi maddələr üzrə norma 5-8 dəfə artıq olub. Artıq 16 təchizatçının Rusiya Federasiyasına məhsul idxalı qadağan edilib.

Milli.Az


Etiketlər:  Ermənistan çiyələklərində zəhərli maddə aşkarlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ