Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2024 13:26
"Kəpəz" baş məşqçisi Adil Şükürov ilə yolları ayırıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, klubdan verilən məlumata görə, qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Gəncə təmsilçisi qarşıdakı günlərdə yeni baş məşqçisini açıqlayacaq.
Qeyd edək ki, 2023-cü ilin noyabrından "Kəpəz"i çalışdıran Şükürov Gəncə klubunu 29 oyuna çıxarıb. Bu matçlarda 8 qələbə, 5 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.