Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada istirahət mərkəzində silahlı atışma baş verdi

Moskvada istirahət mərkəzində silahlı atışma baş verdi

Tarix: 2 Sentyabr 2024 07:08

Rusiyanın paytaxtı Moskvanın istirahət mərkəzi ərazisində yerləşən restoranlardan birində silahlı atışma baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, bir qrup şəxs arasında əvvəlcə əlbəyaxa dava baş verib, daha sonra silahlı atışma qeydə alınıb.

İlkin ehtimala görə, münaqişədə iştirak edənlərdən biri travmatik tapançadan atəş açıb, xəsarət alan yoxdur.

Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri araşdılır.

Milli.Az


Etiketlər:  Moskvada istirahət mərkəzində silahlı atışma baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ