Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da erməni mügənnisi həbs olunub

ABŞ-da erməni mügənnisi həbs olunub

Tarix: 30 Noyabr 2019 08:48

Bakı. Trend:

ABŞ-ın Virciniya ştatında erməni müğənni, "Daşnaksutyun" partiyasının üzvü Qarnik Sarkisyan həbs edilib.

Q.Sarkisyan narkotik vastilərinin qanunsuz dövriyyəsində şübhəli bilinir.

Bildirilir ki, müğənni Sarkisyan öz furqonunda narkotik vasitəni Kaliforniyadan Virciniyaya çatdırmağa çalışıb.

Birinci Livan müharibəsindən sonra ABŞ-a köçən Q.Sarkisyan "Daşnaktsutyunun" ayrılmaz bir parçası sayılır, çünki Livandan ABŞ-a qədər bütün mitinqlər onun mahnıları altında keçirilib.

Daha əvvəl Avropa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "erməni mafiyası" hesab edilən mütəşəkkil cinayətkar qrupların üzvlərinin Avropa ölkələrində saxlanması halları barədə məlumat verilmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ erməni mügənnisi həbs olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ