Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maksim Medvedev mükafatlandırıldı

Maksim Medvedev mükafatlandırıldı

Tarix: 5 Sentyabr 2024 20:54

Peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev AFFA tərəfindən təltif edilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Azərbaycan - İsveç oyunundan əvvəl mükafatlandırılıb.

Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Maksim Medvedevə ölkə futbolundakı xidmətlərinə görə xatirə hədiyyəsi verilib. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının formasını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Qeyd edək ki, Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib və 4 qol vurub.

Milli.Az


Etiketlər:  Maksim Medvedev mükafatlandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ