Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2024 13:54
Son günlər sosial şəbəkələrdə marketlərdə "müalicəvi" adı ilə satılan bəzi suların əslində zərərli olduğuna dair məlumatlar yayılır.
Sözügedən suların orqanizmdə narahatlıq yarada biləcəyinə dair fikirlər ictimaiyyətdə narahatlığa səbəb olub.
Hər kəsin faydalı bilib aldığı suların insan orqanizmi üçün zərəri nədir?
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib ki, bu fikilər cəfəngiyyatdır.
O, həmin suların insan orqanizmi üçün xeyirli olduğunu bildirib:
"Məsələn, bütün böyrək xəstələri "İsti su", mədə-bağırsağında problem olanlar "Yesentuki" sularını içə bilər. "Yesentuki" rəqəmlərlə olur ki, onu da həkim mədədə olan turşuluğa uyğun təyin edir. Təsəvvür edin, bizim "İsti su"yumuzun bir şüşəsini ermənilər işğal dövründə Avropaya 2 dollara satırdılar. Çünki həmin su bütün oynaq, bədən xəstəliklərinin hamısına kömək edir.
Amma qeyd edim ki, bütün növ böyrək daşlarının əriməsinə kömək göstərdə də, "qranit daşı" olanlar üçün fayda vermir. Həmin daşı heç müalicə də əritmir, qalan daşların hamısını əridir. İstənilən adam çəkinmədən o suları içə bilər".