Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2024 00:48
Keçən payızdan bəri çarpaz bağın yırtılmasından müalicə olunan "Əl-Hilal"ın və Braziliya millisinin 32 yaşlı cinah oyunçusu Neymar tibbi və fiziki müayinələrdən keçə bilibməyib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ona tam sağalmaq üçün daha çox vaxt lazım olduğu müəyyənləşib.
Bu barədə "Thamer" X sosial şəbəkəsində məlumat verib.
Braziliyalı futbolçu 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. Bu müddət ərzində o, bütün turnirlərdə cəmi 5 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Milli.Az