Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2024 23:16
Rusiya ərazisinin dərinliklərində Qərb silahları ilə zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı ritorika dünyanı Ukraynadakı münaqişənin sona çatmasına yaxınlaşdırmır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Eşitdiyimiz ritorika, gördüklərimiz bir daha sübut edir ki, biz bu münaqişəni istədiyimiz kimi beynəlxalq hüquq və nizamnamə çərçivəsində sona çatdırmaq yolunda getmirik. Şübhəsiz, hesab edirəm ki, Ukrayna baş katibin müxtəlif ikitərəfli görüşlərinin gündəliyinin əsas bəndlərindən biri olacaq", - Düjarrik qeyd edib.
Milli.Az