Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2024-cü ilin yayında ən çox satılan 10 telefon

2024-cü ilin yayında ən çox satılan 10 telefon

Tarix: 14 Sentyabr 2024 21:44

"Counterpoint Research" analitikləri 2024-cü ilin ikinci rübündə ən çox satılan büdcə smartfonları haqqında hesabat dərc ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bazar əsasən qiyməti 150 dollardan aşağı olan modellər hesabına böyüyür və büdcəli smartfonlar qlobal satışın 37%-ni təşkil edir. 

2024-cü ilin ikinci rübündə 100 milyondan çox smartfon satılıb ki, bu da illik müqayisədə 10% çoxdur. Ən populyar büdcə modellərinin satışları 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.

Ucuz Android cihazları arasında lider 4,1% bazar payı ilə "Redmi 13C 4G" olub. İkinci yerdə 4% payla "Samsung Galaxy A05", üçüncü yerdə isə 3,3% ilə "Galaxy A15 4G" qərarlaşıb. Dördüncü yeri 2,4% payla "Redmi 13C-nin 5G" versiyası, beşinci yeri isə eyni göstərici ilə "Redmi A3" tutur.

Siyahıya həmçinin "Samsung Galaxy A05s" (2,3%), "Tecno Spark Go 2024 4G" (1,7%), "Oppo A18" (1,5%), "Oppo A58 4G" (1,4%) və "Oppo A38" (1,4%) daxildir.

Milli.Az


Etiketlər:  2024 ilin yayında çox satılan telefon


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ