Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada güclü zəlzələ baş verdi

Rusiyada güclü zəlzələ baş verdi

Tarix: 16 Sentyabr 2024 08:00

Sentyabrın 16-na keçən gecə Kamçatkanın şərq sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

"Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 147 km cənub-şərqdə, Sakit Okeanın 18 km dərinliyində olub ", - məlumatda qeyd edilib

Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsi bu zəlzələnin məskunlaşan ərazilərdə hiss olunmamasına aydınlıq gətirib.

Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az


Etiketlər:  Rusiyada güclü zəlzələ baş verdi


RƏYLƏR