Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ olub

Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ olub

Tarix: 16 Sentyabr 2024 08:34

Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min əhalisi olan Prins-Rupert şəhərindən 268 km cənubda, ocağı 33 km dərinlikdə yerləşib. Zərərçəkənlər barədə məlumat verilmir.

Sunami təhlükəsinin olmadığı bildirilir.


Etiketlər:  Kanada sahillərində maqnitudalı zəlzələ olub


RƏYLƏR