Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artıq ən varlı ikinci adam deyil

Artıq ən varlı ikinci adam deyil

Tarix: 17 Sentyabr 2024 11:40

"Amazon"un qurucusu Ceff Bezos planetin ən varlı insanları siyahısında bir pillə geriləyib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalının yeni reytinq cədvəlində bildirilib.

"Oracle" korporasiyasının rəhbəri Larri Ellison 206,5 milyard dollar sərvəti ilə Bezosu (202,9 dollar) qabaqlayaraq siyahıda ikinci yeri tutub. Beləliklə, Bezos üçüncü yerdə qərarlaşıb.

Qeyd olunub ki, Ellisonun sərvəti bir gündə 8,8 milyard dollar artıb. 

Siyahıda "SpaceX" və "Tesla" şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Mask lider olaraq qalır. "Forbes" onun sərvətini 250,8 milyard dollar qiymətləndirir.

Milli.Az


Etiketlər:  Artıq varlı ikinci adam deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ