Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 yaşlı futbolçu dava zamanı dünyasını dəyişdi

15 yaşlı futbolçu dava zamanı dünyasını dəyişdi

Tarix: 17 Sentyabr 2024 13:44

Paraqvayın "Nasyonal" klubunun 15 yaşlı futbolçusu İsmael Dominqes dava zamanı aldığı zərbələrdən sonra dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "La Nacion" məlumat yayıb.

Hadisə Paraqvayın aşağı dəstə çempionatında "Nasyonal" və "Bokeron" komandaları arasında keçirilən matçda baş verib. Oyun zamanı meydanda əlbəyaxa dava düşüb.

Yeniyetmə futbolçu başından bir neçə zərbə alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  yaşlı futbolçu dava zamanı dünyasını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ