Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 23:48
Bakı. Trend:
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Trend məlumatına görə, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və UEFA Millətlər Liqasının A, yaxud D liqasının qalibi olacaq komanda C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Millətlər Liqasının C liqasının qalibi yarışacaqlar. İspaniya, İsveç, Polşa və B liqasının qalibi olacaq komanda E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Millətlər Liqasının A və ya D Liqasının qalibi, Portuqaliya, Fransa və Almaniya seçmələri qarşılaşacaqlar.
Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.
Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun 3, dörddəbir final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. Türkiyənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, iyunun 13-də Uels və İsveçrə yığmaları Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin