Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 18:34
Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10 ildə ölkə üzrə boşananların ümumi sayı 138 min təşkil edib.
2024-cü ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.
Maraqlıdır, Azərbaycanda boşanmaların bu qədər artmasına səbəb nədir? Gənclər niyə boşanır?Boşanmaların əsas səbəbi kişilərdir yoxsa qadınlar?
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı psixoloq Gülnar Orucova Manset.az-a açıqlamasında bildirib ki, birinci səbəbi xəyanətdir. Xəyanəti isə yayan sosial şəbəkələrdir:
"Sosial şəbəkə bizdə tanışlıq məqsədilə istifadə edilir. Kişilər ova çıxır. Evdəki qadınlar ancaq onların qayğısına qalmalıdır. Gözəl həyatı isə onlar sadəcə sevgililərinə göstərirlər" .
Tərəflərin valideynlərinin boşanmadaki rolunu isə psixoloq belə dəyərləndirib:
"Analar hər zaman istəyirlərki oğlanları onların istədikləri qızla evlənsin.Bu bir anaya yaraşmayan hərəkətdir. Və bu gün boşanmış qadınla subay oğlan evlənə bilməz. Niyə?Boşanmış qadınla evlənə bilməz amma barlarda, əxlaqsız yuvalarında olan qızla evlənə bilər. Və beləliklə bədbəxt ailələr yaranır. Bu da xəyanətə gətirib çıxarır. Buna görə də bu illər ərzində qadınların xəyanəti çoxalıb" .