Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyatını itirən məşhur bodibilderin diyetası: Hər gün 50 doza insulin vururmuş - FOTOlar

Həyatını itirən məşhur bodibilderin diyetası: Hər gün 50 doza insulin vururmuş - FOTOlar

Tarix: 19 Sentyabr 2024 16:30

"Mutant" ləqəbi ilə tanınan məşhur bodibilder İlia Qolemin 36 yaşında ölməsinə yol açan səbəblər məlum olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bodibilder bir həftə öncə infarkt keçirərək komaya düşmüşdü. İdmançının həyat yoldaşı Anna bildirib ki, xəstəxanaya aparıldıqdan iki gün sonra onun beyin ölümü gerçəkləşib.

Həkimlər bodibilderin pəhriz proqramını "dəlilik" adlandırıblar. Bildirilib ki, İlia Qolem gündə 208 ədəd suşi, 2,5 kq ət məhsulu yeyirmiş, bu isə 16 500 kalori edir. Üstəlik, idmançı daha çox əzələ kütləsi qazana bilmək üçün hər gün özünə 50 doza insulin vururmuş.

160 kq (352.8 funt) çəkiyə sahib olan idmançı 185 sm boya sahib idi.


Etiketlər:  Həyatını itirən məşhur bodibilderin diyetası Hər gün doza insulin vururmuş FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ