Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 13:10
Gecə həyatı üçün dünyanın ən yaxşı şəhəri açqılanıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, dünyanın hər yerindən minlərlə insan arasında keçirilən sorğuda Rio-de-Janeyro gecə həyatı üçün ən yaxşı şəhər seçilib.
Buranın canlı musiqisi, rəqs salonları və bohem barları insanları çox əyləndirir.
Braziliyanın bu səs-küylü dənizkənarı şəhərində gecə həyatı 90 faiz turist tərəfindən bəyənilib. Hətta yerli sakinlər də şəhərin sərfəliliyindən razı qalıblar. Bəs, Rioda gecə həyatını bu qədər möhtəşəm edən nədir? Yerli əhalinin sorğusuna əsasən, Rioda ən yaxşı şey Lapanın bohem barları, canlı musiqi, rəqs salonları və açıq havada spontan samba partiləridir.
Ancaq Filippinin paytaxtı Manila partiyalar baxımından daha ucuz hesab olunur. Üstəlik, Manilanın gecə həyatı da 78 faiz təsir edici bal qazanıb.
Avropada isə əyləncə üçün ən yaxşı yer Almaniyanın əfsanəvi klub paytaxtı Berlindir. Texno partiləri və 24 saatlıq şəhər kimi statusu ilə Berlinin bütün Avropa şəhərləri arasında bir nömrəli yer tutması heç də təəccüblü olmayacaq. Almaniya paytaxtında gecə həyatı keyfiyyətə görə 82 faiz, sərfəli qiymətə görə isə 48 faiz təşkil edib.