Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur serialda qəhrəman Bakıdan danışdı - VİDEO

Məşhur serialda qəhrəman Bakıdan danışdı - VİDEO

Tarix: 23 Sentyabr 2024 10:30

Cənubi Koreyada yayımlanan "Perfect family" (Mükəmməl ailə) adlı məşhur serialda Azərbaycanla bağlı detal sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az Globalinfo.az-a istinadla xəbər verir ki, serialda baş rollardan biri dünyadan görmək istədiyi yerlər arasında Heydər Əliyev Mərkəzinin də olduğunu deyib.

O, yaşlanmadan öncə bir çox yeri görmək istədiyini, onlardan birinin Azərbaycanda yerləşən Heydər Əliyev Mərkəzi olduğunu bildirib.

Sözügedən kadrlar sosial şəbəkələrin Azərbaycan seqmentində maraqla qarşılanıb.

Qeyd edək ki, serial Cənubi Koreyada 14 avqust - 19 sentyabr 2024-cü il tarixlərində yayımlanıb və yüksək reytinq qazanıb.

Görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Məşhur serialda qəhrəman Bakıdan danışdı VİDEO


RƏYLƏR