Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Livanı vurdu - Ölənlərin sayı 500-ə çatır - YENİLƏNİB

İsrail Livanı vurdu - Ölənlərin sayı 500-ə çatır  - YENİLƏNİB

Tarix: 24 Sentyabr 2024 10:16

10:10

Sentyabrın 23-də İsrailin hava hücumları nəticəsində Livanda ölənlərin sayı 492-yə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 1645 nəfər xəsarət alıb.
 

2024.09.23
--------------


İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.

"İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb", - o qeyd edib.

-------

18:17

İsrail ordusu Livanda "Hizbullah" hərəkatının obyektlərinə zərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Walla" portalı yayıb. 

Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

Zərbə nəticəsində həlak olanların sayı 182-yə, yaralıların sayı isə 727 nəfərə çatıb. 

Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Bununla yanaşı, ölənlərin sayının artacağı istisna edilmir.

Milli.Az


Etiketlər:  İsrail Livanı vurdu Ölənlərin sayı çatır YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ