Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikanın şimalında polisə edilən hücumda yeddi iştirakçı məhv edilib

Meksikanın şimalında polisə edilən hücumda yeddi iştirakçı məhv edilib

Tarix: 2 Dekabr 2019 01:32

Bakı. Trend:

Meksika təhlükəsizlik qüvvələri Koauila ştatında yerləşən Vilya-Union bələdiyyəsində polislərə hücumda iştirak edən 7 nəfəri məhv edib.

Trend-in məlumatına görə, bu barədə bölgənin parlamenti açıqlama verib.

Bildirilib ki, cinayətkarlardan bir neçə silah, o cümlədən tüfəng, döyüş sursatı və üç avtomobil götürülüb.

Vilya-Union rayonunda hücum "Şimal-şərq karteli" cinayətkar birliyinin üzvləri tərəfindən həyata keçirilib. Hücum nəticəsində narkotik kartelinin 10 ehtimal edilən silahlısı və 4 hüquq-mühafizə orqanlarının əməkdaşı, daha 6 nəfər polis yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikanın şimalında polisə edilən hücumda yeddi iştirakçı məhv edilib


RƏYLƏR