Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəb direktoru: ''Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir?'' - YENİLƏNİB - VİDEO

Məktəb direktoru: ''Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir?'' - YENİLƏNİB - VİDEO

Tarix: 24 Sentyabr 2024 13:30

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Piriyeva videomüraciət yayaraq 42 nömrəli tam orta məktəbin direktorundan şikayətçi olduğunu bildirib. O qeyd edib ki, sözügedən məktəbin direktoru onun qızının geyiminə haqsız yerə irad bildirib.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub:

"Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik".

-------

10:05

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara qızı Fərəhin təhsil aldığı 42 saylı məktəbin direktorundan şikayətçidir. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda sənətçinin xanımı sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə məlumat verib.

Anara bildirib ki, sözügedən tədris ocağının direktoru onun qızına geyindiyi ətəklə bağlı irad tutub: 

"Bu 42 saylı orta məktəbin direktoruna əncam çəkən olsaydı şagirdlərində, valideynlərində canı dincələrdi. Yaxşı ki, mən Fərəhin yanında idim. O uşağı orada mənsiz biabır etsəydi bilmirəm o direktoru nə edərdim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Məndə ona sual verdim ki, "Nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də... Məktəb ətəyi nə rəngdə olub?" Cavab verir ki, "Fərəhin ətəyi ağ rəngdədir". Amma düz demir çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, sizə rəngləri ayırd edə bilmirsiniz. Mən sizə rəngləri öyrədəcəyəm. Bəlkə gedəsiniz pensiyaya çıxasınız. Artıq rəngləri də tanımırsınız. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızının üzərinə qışqırıb".

Qeyd edək ki, Samir və Anara cütlüyünün Fərəhdən savayı Nicat adında daha bir oğlan övladı var. 


Etiketlər:  Məktəb direktoru Samir Piriyevin qızıdır deyə xüsusi münasibət göstərilməlidir YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ