Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin konkret danışdı: Bu halda nüvə silahından istifadə ediləcək

Putin konkret danışdı: Bu halda nüvə silahından istifadə ediləcək

Tarix: 26 Sentyabr 2024 08:50

"Rusiya raket və dronların kütləvi hücumuna cavab olaraq nüvə silahından istifadə edə bilər".

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, nüvə silahından istifadə Rusiyaya qarşı aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması fonunda mümkün ola bilər. Bura hərbi təyyarələr, qanadlı raketlər və dronlar daxildir.

"Rusiyanın nüvə silahından istifadə etməsi üçün şərtlər açıq şəkildə göstərilib. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, pilotsuz uçan aparatları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam", - deyə Kreml rəhbəri vurğulayıb.

Milli.Az


Etiketlər:  Putin konkret danışdı halda nüvə silahından istifadə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ