Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski rusiyalı jurnalistin suallarına cavab vermədi

Zelenski rusiyalı jurnalistin suallarına  cavab vermədi

Tarix: 26 Sentyabr 2024 09:46

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin suallarını cavablandırmaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı görüntüləri jurnalist və "Rossiya" telekanalının Nyu Yorkdakı bürosunun rəhbəri Valentin Boqdanov teleqram kanalında yayımlayıb.

"Rusiya ilə niyə danışıqlar aparmaq istəmirsiniz? Əlaqə saxlamaq və ya zəng etməkdə problem nədir?", - deyə jurnalist soruşub. Lakin Zelenskinin mühafizəçiləri onu uzaqlaşdırıb.

Xatırladaq ki, Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasında çıxış edib.

Milli.Az


Etiketlər:  Zelenski rusiyalı jurnalistin suallarına cavab vermədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ