Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol klubunun uçan aparatı binaya çırpıldı, yaralılar var - VİDEO

Futbol klubunun uçan aparatı binaya çırpıldı, yaralılar var - VİDEO

Tarix: 26 Sentyabr 2024 17:56

Braziliyada "San Paulo" futbol klubunun icarəyə götürdüyü dirijabl yaşayış binalarına çırpılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Libertadores Kubokunun 1/4 final mərhələsinin "Botafoqo" ilə cavab oyunu öncəsi "San-Paulu" qeyri-adi addım atmağı düşünüb. Klub şəhərin üzərində loqosu olan dirijabl buraxıb, lakin uçan obyekt sürətlə Osasku bölgəsindəki yaşayış binasına çırpılıb.

Məlumata görə, nəticədə dirijabl pilotu yaralanıb, başqa bir nəfər də yüngül xəsarət alıb. Hər iki yaralı yerli xəstəxanaya çatdırılıb.

"San-Paulu" yaralılara yardım edəcəyini vəd edib.

Milli.Az


Etiketlər:  Futbol klubunun uçan aparatı binaya çırpıldı yaralılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ