Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 08:54
Bakı. Trend:
Astarada yanğın qeydə alınıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Astara rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində 120 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin