Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2024 08:24
"Xiaomi" şirkəti "Redmi Watch 5" smart saat seriyasının yeni üzvü "Redmi Watch 5 Lite" modelini təqdim edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, "Xiaomi" ağıllı saat bazarındakı yerini daha da gücləndirmək üçün sərfəli qiymətə "Redmi Watch 5 Lite" modelini təqdim edib.
Bu yeni ağıllı saat təklif edildiyi xüsusiyyətlərlə büdcəyə uyğun seçim axtaran istifadəçiləri hədəfləyir.
18 günə qədər batareya ömrü ilə seçilən bu saat uzun müddət şarj etməkdən narahat olmaq istəməyən istifadəçilər üçün ideal seçim ola bilər.
"Redmi Watch 5 Lite"in ön hissəsində 1,96 düymlük AMOLED ekran var. Bu ekran 502x410 piksel təsvir ölçüsü və 600 nits parlaqlıq təklif edir.
200-dən çox saat üzü təklif edən ağıllı saat 470 mAh batareya tutumu ilə tipik istifadədə 18 günə qədər istifadə imkanı təqdim edir. İntensiv istifadə zamanı saatın doldurulma müddəti 12 günə qədər azala bilər.
"Redmi Watch 5 Lite" həmçinin ürək döyüntüsü sensoru və 50-dən çox qapalı və açıq idman rejimi kimi xüsusiyyətlərə malikdir.
Bundan əlavə, saatın 5 ATM suya davamlılığı da var. Android 6 və ya iOS 12 və yuxarı sistemlərə uyğun gələn ağıllı saat "HyperOS" əməliyyat sistemi ilə qutudan çıxır.
Saata həmçinin "Bluetooth" zəngləri üçün dinamik və iki mikrofon daxildir.
"Redmi Watch 5 Lite" sentyabrın 26-dan etibarən 40 avro qiymət etiketi ilə satışa çıxarılacaq.