Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Berlini hədələdi: 20 min fili qəbul etməsəniz...

Prezident Berlini hədələdi: 20 min fili qəbul etməsəniz...

Tarix: 27 Sentyabr 2024 16:22

Botsvana Prezidenti Mokvetsi Masisi Almaniyaya videomüraciət edərək, ölkəsindəki filləri öldürməklə hədələyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Bild" məlumat yayıb.

Məlumata görə, Masisi Almaniya hakimiyyətinin ov qənimətlərinin idxalını məhdudlaşdırmaq təklifinə cavab olaraq Berlini 20 min fil hədiyyəsini qəbul etməyə dəvət edib.

Masisi qeyd edib ki, ov tədbirləri sayəsində artan fil sayına nəzarət etmək olur və ov qənimətlərinin satışı afrikalılara gəlir gətirir.

Almaniyadan heç bir cavab ala bilməyən Masisi şiddətli quraqlıq səbəbindən fillərin ölüm riski ilə üzləşdiyini vurğulayaraq təklifini təkrarlayıb:

"İnsanlarımız acdırsa, onları yedizdirmək bizim borcumuzdur. Mən açıq deyə bilərəm ki, onlar fil də yeyirlər!"

Milli.Az


Etiketlər:  Prezident Berlini hədələdi fili qəbul etməsəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ