Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suares özünü tanınmaz hala saldı - FOTO

Suares özünü tanınmaz hala saldı - FOTO

Tarix: 27 Sentyabr 2024 16:56

"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares saç düzümünü kökündən dəyişərək, saçlarını ağ rəngə boyayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, futbolçunun fotosu ilə sosial şəbəkələrdə yayımlanan yazının altında "Luis Suares üçün yeni saç düzümü" başlığı qeyd olunub.

Xatırladaq ki, Luis Suares 2024-cü il yanvarın 1-də "İnter Mayami"nin heyətinə qoşulub. Uruqvaylı futbolçu ilin əvvəlindən Amerika yığmasının heyətində 30 oyunda 21 qol vurub və 9 məhsuldar ötürmə edib.

Sentyabrın 2-də Suares Uruqvay millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Futbolçu 2007-ci ildən milli komandada çıxış edir. Bu müddət ərzində futbolçu millinin heyətində 143 oyun keçirib, ümumilikdə 69 qol vurub və komanda tarixinin bombardiri olub. Uruqvay millisinin tərkibində futbolçu 2011-ci ildə Amerika Kubokunun qalibi olub.


Etiketlər:  Suares özünü tanınmaz hala saldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ