Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dini bayramda onlarla uşaq boğulub ÖLDÜ

Dini bayramda onlarla uşaq boğulub ÖLDÜ

Tarix: 27 Sentyabr 2024 17:02

Hindistanda Hindu dini bayramı zamanı əksəriyyəti uşaq olmaqla ən azı 46 nəfər çaylarda və gölməçələrdə çimərkən boğulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bihar əyalətində baş verən faciə nəticəsində ölənlərin 37-si uşaq, 7-si qadın, 2-si isə kişidir.

Məlumata görə, fədailər Jivitpatrika Vrat festivalını qeyd ediblər. Festival hər il keçirilir. Qadınlar 24 saat oruc tutur və uşaqlarının rifahı üçün dualar edirlər. Uşaqlar da üzmək üçün yaxınlıqdakı çaylara və gölməçələrə gedirlər, hətta bəzi analar da uşaqlarına qoşulur.

Bihar əyalət hökuməti qurbanların hər birinin ailələrinə 400 min rupi (4784 dollar) təzminat ödəyəcəyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Dini bayramda onlarla uşaq boğulub ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ