Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus PUA-sı sərhədi keçdi, F-16-lar havaya qalxdı

Rus PUA-sı sərhədi keçdi, F-16-lar  havaya qalxdı

Tarix: 27 Sentyabr 2024 17:12

Sentyabrın 27-nə keçən gecə Rusiya qoşunları Rumıniya ilə sərhədə yaxın, Dunay çayının Kiliya yaxınlığındakı Ukrayna ərazisinə PUA-larla zərbələr endirib. Cavab olaraq Rumıniya vəziyyəti izləmək üçün havaya qırıcı təyyarələr qaldırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vəziyyəti izləmək üçün 86 və 57 saylı hava bazalarından iki Rumıniya və iki İspaniya F-16 və F-18 qırıcıları havaya qalxıb:

"Səhər saat 3:00 radələrində radar məlumatları pilotsuz təyyarələrdən birinin qısa müddətə Rumıniya sərhədini keçə biləcəyini göstərib. Hazırda ölkənin müdafiə idarəsi PUA axtarışlarını davam etdirir, lakin ərazidə heç bir iz tapılmayıb".

Milli.Az


Etiketlər:  sərhədi keçdi havaya qalxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ