Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi

Türkiyə və Almaniyanın dönər mübahisəsi:  6 ay vaxt verildi

Tarix: 27 Sentyabr 2024 20:14

Avropa Komissiyası Türkiyə və Almaniyaya dönər kababının hazırlanma üsulunu aydınlaşdırmaq və hansı millətə aid olduğunu müəyyən etmək üçün 6 ay vaxt verib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Ekonomist" məlumat yayıb.

Məlumata görə, Türkiyə AB-yə müraciət edərək, yalnız toyuq, mal və ya quzu ətindən hazırlanmalı olan ənənəvi dönər reseptini qorumağı xahiş edib. Ankara dönər kababının hinduşka və dana ətindən hazırlanmasının əleyhinədir. Türk miqrantların sayəsində yeməyin məşhurlaşdığı Almaniyada dönər kələm və ya salat və sarımsaq sousu ilə verilir. Türkiyədə yemək tez-tez düyü ilə verilir və əlavə olaraq pendir, kartof qızartması, pomidor və acı bibər istifadə olunur. Türkiyə yemək standartlarının tanınmasına nail olarsa, Almaniya yeməyin adını dəyişməli olacaq. Əgər razılaşma əldə olunmasa, Avropa Komissiyası müstəqil qərar verəcək.


Etiketlər:  Türkiyə Almaniyanın dönər mübahisəsi vaxt verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ